![Baş nazir seçkidə səs verdi - FOTOLAR](https://azadmedia.az/uploads/posts/2025-01/1738146211_1738145750_1738145531_f9e090e7-b091-3014-b96b-611d66d5e7f6_850-1.jpg)
Azərbaycanın Baş naziri Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.
![](https://azadmedia.az/uploads/posts/2025-01/1738146222_1738145531_35c6afeb-ee16-3174-be06-72321a7d956b-1.jpeg)
![](https://azadmedia.az/uploads/posts/2025-01/1738146170_1738145531_d76c8993-1fb5-3c88-9fdc-83871ee1f959-1.jpeg)