"Bir müddət əvvəl OBA marketdə malların saxlanma şəraitinin düzgün olmaması barədə məlumat almışıq”.
Bu barədə "Sherg.az”a OBA marketdə satışa çıxarılan məhsulların Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O diqqətə çatdırıb ki, son 5-6 ayda həmin marketlə bağlı narazılıq olmayıb:
"Əvvəlki zənglərlə bağlı monitorinq aparmadıq. Buna vaxtımız da yoxdur. Son vaxtlar da heç bir şikayət daxil olmadığından məsələnin üzərində getməyə ehtiyac görmədik.
Qiymətlər başqa marketlərdən ucuz olduğu üçün sakinlər bəzən buna şübhə ilə yanaşır. İddia edirlər ki, məhsulların keyfiyyətində, istehsalında problem olduğu üçün belə aşağı qiymətlər tətbiq olunur. Lakin digər marketlərlə müqayisədə OBA marketdə mallar daha ucuz ola bilər.
Bu istehsalçıdan və marketlər şəbəkəsinin idarəçiliyindən asılıdır. Biznes qurumu ola bilər, marketlərə icarə pulu ödəmir, yaxud özü istehsalçı, özü satıcıdır deyə qiymətləri nisbətən ucuz tətbiq edib. Burada şübhəli məqam yoxdur”.