İlham Əliyev Davos Forumunda iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də İsveçrədə keçiriləcək ənənəvi Davos İqtisadi Forumuna qatılacaq.

Oxu.Az-ın xəbərinə görə, müzakirələr Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Dövlət başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

Qeyd edək ki, Davos Forumu yanvarın 23-26-da keçiriləcək.