Rubio: Trampın dövründə İranın nüvə silahı olmayacaq

Rubio: Trampın dövründə İranın nüvə silahı olmayacaq

 
ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə İranın nüvə silahı olmayacaq.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

"Düşünmürəm ki, burada kiminsə şübhəsi olmalıdır. Donald Trampın dövründə İranın nüvə silahı olmayacaq", - o bildirib.

Eyni zamanda, dövlət katibi qeyd edib ki, Vaşinqtonun ABŞ-nin sərəncamında olan hansı vasitələrlə İranın nüvə silahı yaratmasına icazə verməyəcəyini söyləməyəcək.