Sürücü manevr edərək son anda qəzanın qarşısını aldı – VİDEO

Görüntülər avtomobilin videoregistratoru tərəfindən çəkilib

Azərbaycanda sürücünün sayıqlığı nəticəsində ağır yol qəzasının qarşısı alınıb. AzBaku.info Oxu.az-a istinadən xəbərinə görə, görüntülər avtomobilin videoregistratoru tərəfindən çəkilib. Videoya əsasən, qarşıdan gələn avtomobil yüksək sürətlə əks yola çıxıb. İçərisində sərnişinlərin də olduğu maşın isə çətinliklə də olsa manevr edərək nəqliyyat vasitəsini yol kənarına çıxarıb və baş verə biləcək ağır qəzanın qarşısını alıb.