Narazı həkimlər Səhiyyə Nazirliyindən instituta xususi komissiya göndərilməsini xahiş edir
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı qalmaqal səngimir. İnstitutun direktoru Həqiqət Qədirovanın qanunazid əməllərindən narazı həkimlər həm məhkəmə, həm də mətbu müstəvidə mübarizə aparmaqdadırlar. Müxtəlif media orqanlarında bu mövzuda silsilə yazılara rast gəlinir. Bu yazılarda isə birmənalı olaraq Həqiqət Qədirovanın fəaliyyətinin ilk günündən əsası qoyulan qanunazidd idraəçilik prinsiplərindən və həkim kontingentinə qarşı “səlib yürüşü”ndən bəhs olunur. Ötən həftə yenixeber.org-da yer alan “Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş: direktora “dur” deyən olacaqmı?” sərlövhəli yazımızda da kollektivin etirazına səbəb olan xanım direktorun fəaliyyətindən bəhs etmişdik. Bu yazıdan sonra mövzu ilə bağlı yeni məlumatlar əldə etmişik. (Təəssüf ki, ötən dəfə olduğu kimi bu dəfə də institut rəhbərliyini dinləmək bizə nəsib olmadı.)
Xanım direktorun fəaliyyətinin narazılıq doğuran başlıca tərəfi isə işdən çıxarılmalarla bağlıdır. Belə narazılardan biri və bəlkə də birincisi sabiq şöbə müdiri tibb elmləri namızədi 20 ildir ki, bu səhiyyə müəssisəsində çalışmış Səbinə Məmmədovadır. Mətbuatdan da məlum olduğu kimi, Səbinə xanım qarşılaşdığı haqsızlıqdan dolayı məhkəməyə üz tutub. Bu yolla haqq etdiyinə ümüd edən Səbinə Məmmədovanın əvvəlcə şöbə müdirliyindən, ardınca da həkimlikdən uzaqlaşdırılması tradikomediyası ilə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub.
Məlumatda qanunasuz olaraq işdən çıxarılması göstərilən Səbinə xanımın xəstə Yusifli Çingizi guya düzgün diagnozla mualicə etməməsinə aydınlıq gətirilir. Belə ki, həmən xəstənin həkimi olmadığını bildirən Səbinə xanım olaya belə aydınlıq gətirir: “Mən iyun ayında söbə mudirliyindən çıxarılandan sonra-oktyabr ayında-həmin xəstə söbə mudiri Məmmədova Svetlananın xəstəsi olub. Xəstə agırlasıb, təkrar dekabrın 7-si (ötən il) qəbul edəndə şöbə mudirində o analizin cavabı hazir olub. 11 noyabrda analiz hazır imiş onu Svetlana Məmmədova şöbəyə qəbul etməməli idi. O öz xəstəsinə qarşı etməməli olduğu işi edib, onu 1 aydan tez evə yazmamalı idi. Həmin analizi gozləmədən, təkrar gələndə də arasdırmayıb, şöbəyə qəbul edib. Qəbul şöbəsində Nailə Mahmudova direktorun qərarı ilə xəstəni uşaq şöbəsinə götürməməli idi. Çünki analiz 11 noyabrda hazır idi, onlar bunu arasdırmayıb və ya gizlədiblər. Xəstəni uşaq şöbəsinə qəbul edəndən sonra əsl həkimi-Svetlana yəni indiki söbə müdiri-müalicədən boyun qaçırıb, verib Aygün Hacıəliyevaya. Baxmayaraq ki, o həkimin də heç əmri belə verilməyib. Amma xəstəni həkim adı ilə, xalat geyinərək uşaq şöbəsində müalicə edib və xəstəlik tarixinə imza atıb. “Aygün həkim” 7 dekabrda bu uşağın mualicəsinə baslayıb və 11 dekabrda diaqnozunu əsaslandırıb. Bu diqnozla da müalicə təyin edib. Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda Həqiqət xanım onun ora getməsinə icazə vermədi ki, hansısa rayona salacaqlar və hansı usullasa başqa şöbəyə 13 dekabrda onun əmrini verdirdi. Sonra da xəstə qaldı həkimsiz.
Xəstə mənə yalvardı və mən ona cəmisi 1 həftə nəzarət edib, sağaldıb, evə yazdim. Beləliklə də xəstəni ağırlaşdıran və analizini gizlədib, diaqnozunu səhv qoyub, şöbəyə götürən həkim Svetlana, onun xəstəlik tarixində diaqnozunu əsaslandıran Aygun, sağaldan isə mən oldugum halda Həqiqət xanım məni işdən cıxardı. Bunu Səhiyyə Nazirliyi bilmir. Bunun kimi araşdırılası məsələlər və qanunsuzluq halları çoxdur. O istədiyi adamın səhvlərini gizlədir, mənim kimi vicdanlı həkimi isə ləkələyir. Məqsədi isə yaxşı həkimi uzaqlaşdırmaqla səhiyyə nazirini ləkələməkdr".
Daha sonra Səbinə xanım bu kimi problemlərin obyektiv araşdırılması üçün Səhiyyə Nazirliyindən xahiş edir ki, instituta xususi komissiya göndərilsin.
Həqiqət xanımın bu fəaliyyətini isə iki səbəbdən biri ilə bağlayır: ya bu sahəni bilmir, ya da qərəzli edir.
Svetlana Məmmədova haqqında isə əlavə edir ki, “O Svetlana Məmmədova mənim işçim olub və həmişə gözu mənim kreslomda olub. Bu direktor təzə gələndə o bir qrup öz adamları ilə birləşib, məni vəzifədən çıxartdırıb, özu yerimə keçməyə nail oldu.
Amma, mən həkim kimi oldugum ərəfədə o özünü şöbə müdiri kimi hiss edə bilmirdi. Çünki onun o şöbədə hec bir əziyyəti yox idi. 17 il ora əmək sərf etmişəm. Təmir-tikinti, quruculuq işləri görmüşəm, bu sanki şöbənin divarlarinda belə yazılıb.
Məni 13 yanvarda həkimlikdən də uzaqlaşdırıb, söz verdikləri-3 ay əmrsiz işləyən Aygün Hacıəliyevanı mənim yerimə gətirdilər”.
Xanım direktor kollektivi özünə və dövlətə qarşı antitəbliğatda da günahlandırıb. Hətta bununla bağlı nazirliyə yalançı məlumat verdiyi də deyilir. Həqiqət xanımın bu addımının isə özünümüdafiə və yol verdiyi özbaşınalıqlara haqq qazandırmağa hesablanmış priyomlar kimi də başa düşmək olar.
Səbinə xanım sonda yazır: “23 yaşından YAP-ın üzvüyəm, 2001-ci ildə YAP-ın binasının aşılışında özüm Ulu Öndər Heydər Əliyevi və İlham Əliyevi gül-çiçəklə salamlamışam. YAP-ın açılışında şəkillərim var. Eyni zamanda 1999-cu ildə Agciyer Xəstəlikləri İnstitutunun aşılış mərasimində Ulu Öndər xeyir-dua verərək, məni bağrına basdi və mən ona vətənimə, xalqıma ləyaqətlə xidmət edəcəyimə soz verdim. Bu haqda “Xalqın Xilaskarları” kitabımda faktlarla yazmışam”.