Ötən gün Sabunçu rayonunun 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində növbəti intihar hadisəsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu evin həyətyanı sahəsində yerləşən tövlədə həyatına son qoyub.
Gəncin kəndirlə özünü asdığı bildirilir. Əliyeviin meyitini ailə üzvləri 17:00-da aşkarlayıb.
Məlumata görə, Əliyev psixiki pozuntulardan əziyyət çəkib və bununla əlaqədar özünü asdığı güman edilir.
Hal-hazırda rayon prokurorluğu intiharın səbəblərini müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, Maştağa qəsəbəsində müntəzəm olaraq intihar hadisələri qeydə alınır.