Ötən həftə Azərbaycan Dillər Universitetində qəribə bir qalmaqal yaşanıb. “AzPolitika.info”ya daxil olan məlumata görə, Universitetin bir əməkdaşı işdən çıxarılmasına çox aqressiv reaksiya verib.
Belə ki, Universitetin “Keyfiyyətə təminat” bölməsinin əməkdaşı Cəmilə Qədirli məlum olmayan səbəbdən işdən çıxarılıb. Səhər işə gələn C.Qədirlini mühafizəçilər binaya burxmaq istəməyiblər. Mühafizəçilərin tələbinə məhəl qoymayan xanım əməkdaş 4-cü mərtəbədəki iş otağına qalxıb. Burda onun vəziyyəti pisləşib, o, hətta hüşunu itirib. Vəziyyət o həddə çatıb ki, binaya Təcili Tibbi Yardım briqadası çağırılıb. C.Qədirliyə tibbi yardım göstərildikdən sonra o özünə gəlib və yenidən səs-küy salmağa başlayıb, bildirib ki, onu heç kim işdən çıxara bilməz. Bundan sonra işdən çıxarılması haqda əmr olmasına baxmayaraq, C.Qədirli işə gəlməyə başlayıb.
Mənbə bildirir ki, C.Qədirlini bu bölməyə universitetin prorektoru, bir müddət rektor vəzifəsini icra edən Əfqan Abdullayev gətiribmiş. Hər halda Qədirlinin etirazı xeyli suallar doğurur. Məlumatda daha sonra deyilir: “Tərəflərin davası ötən həftənin 5-ci günü Əfqan Abdullayevin otağında davam edib. Qarşılıqlı təhqirlər biabırçı həddə çatıb. Əfqan Abdullayev rektor vəzifəsini icra edərkən xeyli qanunsuz əməllərə yol verib. Əxlaqı yerində olmayan bu adam Universitetin strukturunu alt-üst etməklə yanaşı, korrupsiya şəbəkəsini genişləndirib. Bizə elə gəlirdi ki, Kamal Abdullayev rektor təyin olunan kimi, dərhal onu vəzifəsindən azad edəcək. Çox təəssüflər olsun ki, Əfqan Abdullayev indi K.Abdullayevin ən yaxın adamıdır. Ölkənin tanınmış alimlərindən biri olan Kamal Abdullayev Əfqan Abdullayevlə universitetin imicini itirir”.
Bu məlumatla bağlı Cəmilə xanımla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Onun da mövqeyini öyrənməyə çalışırıq.