Cəlilabad sakini arvadını boğaraq öldürüb

Bakıda qətl hadisəsi baş verib. Xeberdar.net-in DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq öldürüb. Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.