Murad Arif xanımından danışdı: "İsveçdə doğulub, böyüyüb..."

Sənətçilərimiz pul sarıdan mahnı üçün səxavətli deyillər.

Bakunews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "Klip+" verilişində deyib. Sənətçi bəstələrini özünün oxumasından danışıb və müğənnilərin pul xərcləmədiyindən gileylənib.

Murad evinə çox qonaq gəlməsini sevməməsindən söz açıb:

"Yaxın qohumlarımızla get-gəlimiz var, başqa cür ola bilməz. Dostlar, rəfiqələr, iş yoldaşları, sferamıza aid olan insanlar... Bunlara aid olan bir fikirdir. Ev bir məbəddir, ora ən yaxınlar buraxıla bilər".

Müğənni "Deyirlər, xanımızın isveçlidir" sualına belə cavab verib:

"Uşaqlarımın anası azərbaycanlıdır. Beynəlxalq nikahlara normal yanaşıram. Yetər ki, insan sevsin, bir-birini tamamlasın, qayğı olsun. Sadəcə, o uşaqlıqdan İsveçdə yaşayıb, orada böyüyüb, ali məktəbi bitirib. Özü də bakılıdırlar".