Sosial şəbəkələrdə bir müddətdir onurğa iflicindən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın toy görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, Xasıyevanın toyundakı ifası izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, ötən həftə “Səni axtarıram” verilişində keçmiş həyat yoldaşından danışan Xasıyeva gec ailə qurmasının səbəbini belə izah etmişdi:
“Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım idi. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi”.
Qeyd edək ki, cütlüyün Kazım adlı bir övladı var.