Zakir Fərəcov mayoru döydürdü – Özü isə xidməti maşınından izlədi

Sərhəd qoşunlarının moyoru Qarayev Elxan ağır xəsarətlərlə hospitala yerləşdirilib.

Realliqinfo.az saytına daxil olan məlumatda bildirilir ki, sərhədçi mayor Qarayev Elxanın Sumqayıt şəhəri, Novxanı qəsəbəsində bağ evi var. Həmin bağ evinin çıxarışı və digər sənədləri olmasına baxmayaraq icra başçısı evin sökülməsi ilə bağlı tapşırıq verib. Ev sahibi kimi əraziyə gələn Qarayev Elxanı Zakir Fərəcovun qoçuları qarşılayıb.
Sərhəd qoşunlarının mayoru evinin sənədlərini onlara təqdim etsədə, icra başçısının qoçuları Zakir Fərəcovun, evin sökülməsi ilə bağlı qəti tapşırığı olduğunu bildiriblər.

Bundan sonra mayor Qarayevə məxsus bağın qarşısına gələn 50 AA 001 dövlət nömrə nişanlı, BMW markalı avtobilə yaxınlaşan qoçulara növbəti tapşırıq verilib. Ərazidə olan vətəndaşlar Realliqinfo.az – a bildiriblər ki, maşında icra başçısı Zakir Fərəcov arxada əyləşmişdi. O qəzəbi şəkildə adamlarına bildirib ki, gedin mayoru şikəst edin. Bundan sonra mayor Qarayevi maşının yanına çağıran Fərəcovun qohumları onu ölümcül hala salana qədər döyüblər. Avtomobildə oturan Zakir Fərəcov isə baş verənləri canlı izləyib.
Döyülmə nəticəsində ağır xəsarətlər alan sərhəd qoşunlarının mayoru Qarayev Elxan, Gənclikdə yerləşən və sərhəd qoşunlarına aid hospitala yerləşdirilib.
Hadisə gizli saxlanılıb və mayorun şikayətləri ört – basdır edilməkdədir. Buna səbəb sərhəd qoşunlarının rəisi Elçin Quliyevin qardaşının Sumqayıt icra başçısının birinci müavini vəzifəsində olmasıdır.

Realliqinfo.az hadisə ilə bağlı araşdırmalarını davam edir. Xatırladım ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı dəfələrlə qətllərdə, cinayət hadisələrində çəkilsədə heç bir tədbir göprən tapılmır. Bu məmur özünü Prezidentin xüsusi mühafizə xidmətinin rəis müavini Bəylər Eyyubovun qohumu adlandırmaqla hamını onun adı ilə hədələməkdə davam edir.
Zakir Fərəcovun növbəti özbaşınalığı ilə bağlı araşdırmalarımız davam edir.
Bizi izləyin