Daha 4 şirkət Azərbaycandan gedir

Adıçəkilən şirkətlərin kreditorları 2 ay müddətində öz tələblərini irəli sürə bilərlər

Azərbaycanda fəaliyyət göstərən daha 4 xarici şirkət fəaliyyətini dayandırır.

Vergilər Nazirliyindən verilən məlumata görə, şirkətlərin ölkəmizdəki filiallarının ləğv olunması ilə bağlı elan verilib. Bunlar "Bayholding İnvestment Limited", "MRC Transmark İnternational B.V.", "Horvath Mak" və "GE GRİD GMBH" şirkətlərinin fialialalrıdır.

Adıçəkilən şirkətlərin kreditorları 2 ay müddətində öz tələblərini irəli sürə bilərlər.