Məcburi köçkünlər ölkə rəhbərindən imdad diləyirlər - ŞOK OLAY / VİDEO

“Faciə odur ki, dunyasını dəyişən Seyidqulu Muradovun dəfnindən bir gün sonra, Elvin və Elçin Əhmədov qardaşları reyestr xidmətindən torpaq sahəsinin onlara məxsus olması barədə saxta çıxarış əldə edirlər”



Azərbaycan Respublikası ərazisində qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində hansı işlər görülüb, nə kimi tədbirlər həyata keçirilib məsələləri, bu gün də öz aktuallığını saxlamaqdadır.

Onu da qeyd edək ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə, indiyə kimi ölkə Prezidenti tərəfindən üstüstə çoxlu sayda fərman və sərəncamlar imzalanmış, Milli Məclis tərəfindən bir neçə qanun lahiyəsi qəbul edilmiş, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərar və sərəncamlar da hüquqi əsasını tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə isə, “Dövlət Proqramı”na edilmiş Əlavələr də təsdiq olunmuşdur. Bütün bunların içərisində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamın 2-ci bəndində qeyd olunanlar daha çox diqqəti cəlb edir. Yəni, həmin Sərəncamın 2-ci bəndində qeyd olunur ki, 1992-1998-ci illər ərzində mülkiyyət formasından asılı olmayaraq məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən o halda çıxarıla bilər ki, onlar öz doğma yurd-yurdlarına qaytarılsın, yaxud da müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülsünlər. Ölkə rəhbəri tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, Qubadlı rayonundan məcburi köçkün düşən və 1993-cü ildən Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlər, artıq xeyli vaxtdır ki, olmazın oyuna salınıblar. Təəssüf hissi il qeyd edək ki, bu gün bir çox vəzifə sahibləri oynanılan oyunlarda baş rolda iştirak edirlər və həmin şəxslərə məxsus əmlakları ələ keçirmək niyyətlərini də ortaya qoyurlar. Belə bir səbəblər üzündən də, Sumqayıt şəhəri 20/21-ci mkr-n ev-777 ünvanda məskunlaşan məcburi köçkün ailələri Cümşüdov Yadulla Fətulla oğlu, Cümşüdova Şəkər Əyyub qızı, Ələkbərova Mələknisə Həmid qızı, Cümşüdov Vüqar Fətulla oğlu, Cümşüdov Bəhlul Fətulla oğlu, həmçinin 40-a yaxın məcburi köçkünlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciətlərini ünvanlamağa məcbur olublar. Müraciət müəllifləri bu haqda bir neçə media qurumlarına da ətraflı məlumat veriblər. Onlar 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra rayondan çıxdıqlarını və Sumqayıt şəhəri 20/21-ci mkr-n ev-777 ünvanda məskunlaşdıqlarını bildirirlər. Bundan əlavə, müraciət müəllifləri bir müddət bundan öncə bir neçə şəxs tərəfindən aldadıldıqlarını və minbir oyuna salındıqlarını da dilə gətirirlər. Onlar onu da iddia edirlər ki, Elvin və Elçin Əhmədov qardaşları, bu gün Sumqayıt şəhəri ərazisində torpaq alveri ilə məşğul olsalar da, bu şəxslər daha çox dələduzluq əməllərinə qol qoymaqla məşğul olurlar. Hətta, onların yüksək çinli vəzifə sahibləri tərəfindən himayə olunmaları, məhz adları hallanan qardaşların şəhər ərazisində “kor atı minib köndələn çapmalarına” da səbəb olur.


Ədliyyə Nazirliyində yüksək çinli vəzifə sahiblərindən birinin onları himayə etməsi səbəbindən, Sumqayıt İcra Şöbəsinin rəisi Fuad Nəbiyev məcburi köçkünləri illər uzunu əzab-əziyyətlə ərsəyə gətirdikləri evlərdən çıxartmaq təhlükəsi ilə üzüzə qoyub. Onlar ölkə rəhbəri cənab İlham Əliyevdən xahiş edərək bildirirlər ki, “Bu günə kimi haqqımızda çıxarılmış ədalətsiz məhkəmə qətnamələrinin icrasının dayandırılmasında, prosesin yenidən araşdılmasında, həmçinin Ali Məhkəmənin Plenumuna verdiyimiz şikayət məktubumuzun icraata qəbul olunması üçün, bizə lazımi köməkliyinizi göstərəsiniz”. Problemin mahiyyəti ilə bağlı Fuad Nəbiyevin münasibətini öyrəndikdə o, barəsində səsləndirilən ittihamlarla heç cür razı olmadığını bildirərək “Onların kifayət qədər imkanları var və özgəsinin torpaq sahələrini zəbt ediblər” deməklə, məsələyə münasibətini bu cür ifadə etdi. Hətta o, “Məcburi köçkünlərin həmin evlərdən çıxarılmaları barədə çıxarılmış məhkəmə qərarı var və qərar tez bir zamanda icra olunacaq” da dedi.


Xeyli müddət bundan öncə yaşananlarla bağlı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat kofransı keçirilən zaman 36 nəfərdən ibarət 6 məcburu köçkün və qacqın ailəsinin belə bir təhlükə ilə üzləşdikləri, hətta geniş ictimaiyyətin diqqətinə də çatdırıldı. Tədbirdə çıxış edən və məcburi köçkün ailə üzvlərindən olan Cümşüdov Yədulla Fətulla oğlu bildirdi ki, “1993-cü ildə erməni təcavüzü nəticəsində Qubadlı rayonun Ballı Qaya kəndindən məcburi köçkün düşdük və ilk əvvəl Sumqayıt şəhərinə pənah gətirdik. Bir müddət şəhərin bağ ərazisi adlanan yerdə, yəni 20/21-ci mkr-n ev-777 ünvanda çadır qurub yaşamaqla məskunlaşmağa başladıq. Hal-hazırda 36 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə qeyd olunan ərazidə yaşayırıq. 1994-cü ildə Seyidqulu Muradov adlı şəxs yaşadığımız əraziyə gələrək, “bu yer 1975-ci ildə mənim olub” desə də, əldə etdiyimiz məlumatlara görə 1985-ci ildə həmin əraziyə dair verilmiş icarə müqavilələrinin müddəti başa çatdığından, icarə müqavilələri ləğv olunur. Biz 1994-cu ildə halal zəhmətimizlə həmin ərazidə evlər tikmişik və 2004-cü ildə Sumaqayıt şəhər bələdiyyəsindən alqı-satqı yolu ilə, yəni hər 6 sot torpaq sahəsinə görə bələdiyyənin büdcəsinə 1(bir) milyon beş yüz min manat rüsum da ödəmişik. Həmçinin bələdiyyə rəhbərliyi ilə 4 nəfər şəxs arasında müqavilə sənədi də imzalanıb”. Yədulla Cümşüdov çıxışı zamanı onu da bildirir ki, “24 il keçəndən sonra Elçin və Elvin Mübarək oğlu Əhmədov qardaşları meydana cıxdılar və “bu yer babamızın olduğundan bizə qaytarmalısınız” deməklə, açıq-aşkar şəkildə saxta iddialarını ortaya da qoydular. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu dələduzların Seyidqulu Muradovla heç bir əlaqəsi yoxdur, sadəcə olaraq onlar Seyidqulu Muradova hədə-qorxu gələrək “sən səsini çıxartma, biz arxamızda duran məmurun köməyi ilə həmin əraziləri köçkünlərdən geri alacağıq və satıb hər birinizin payınızı da verəcəyik” deyirlər. Çox keçmir ki, Seyidqulu Muradov vəfat edir. Ən faciəli hal o olur ki, təqribən 4-5 ay bundan əvvəl dunyasını dəyişən Seyidqulu Muradovun dəfnindən bir gün sonra, həmin qardaşlar reyestr xidmətindən torpaq sahəsinin onlara məxsus olması barədə saxta çıxarış sənədi əldə edirlər. Faciə odur ki, həmin torpaq sahələrinin dələduzluq edən qardaşların adlarına olması barədə ortada hər hansı etibarnamə olmasa da, reyestr xidmətindən qardaşlara saxta çıxarış verilir. Beləliklə, bu mübahisə son anda məhkəmə müstəvisinə çıxarıldı və problemin ədalətli həlli ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etdik. Mübahisəli torpaq məsələsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinin hakimi Təranə Mahmudovanın istiraki ilə əraziyə baxış keçirildi və torpaq sahələrinin bizə məxsus olması məhkəmə tərəfindən də təsdiq olundu. Yəni, hakim Təranə Mahmudova qarşı tərəfin iddiasını rədd etdi. Çıxarılmış qərarla razılaşmayan dələduzlar Seyidqulu Muradovun adından apellyasiya sikayəti verdilər. Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyev isə, əraziyə heç bir halda baxış keçirmədən və məhkəmədə köçkünlərin iştirakını təmin etmədən dələduzların xeyrinə qətnamə çıxarır. Belə olan halda biz Sumqayıt Apellyasiya Məhkəməsinin ədalətsiz qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verdik. Həmin vaxtlar işə baxılması hakim Qürbət Əsgərova həvalə olundu və o, işlə tanış olduqdan sonra, birmənali şəkildə bildirdi ki, “Apellyasiya Məhkəməsi düzgün qətnamə çıxarmayıb”. Dələduzlar hakim Qürbət Əsgərovun ədaləti bərpa edəcəyini hiss etdiklərindən və arxalarında duran məmurun (əldə etdiyimiz bəzi məlumatlara görə Ədliyyə Nazirinin müavini general Azər Cəfərov) köməyi ilə məhkəməyə 11 (on bir) gün qalmış Qürbət Əsgərovun prosesdən uzaqlaşdırılmasına nail oldular və işə baxılması Tatyana Qoldmana həvalə olundu. Belə olan halda Ali Məhkəmədə də haqq işi boğuldu və yeni təyin olunan hakim Apellyasiya Məhkəməsinin çıxarmış olduğu qərarı qüvvədə saxladı. Biz Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət etsək də, dörd aydan sonra adı çəkilən qurumdan “biz mülki işlərə baxmırıq” deyə cavab verildi və iş materialları geri qaytarıldı. Belə bir səbəblər üzündən də, həmin vaxtlardan qara günlərimiz başladı.

Onu da bildirim ki, Ədliyyə Nazirliyi, İcra bas idarəsinin rəisi general Nurəddin Mustafayevin əmri ilə, 30 noyabr 2017-ci il tarixdə Sumqayıt səhər icra söbəsinin əməkdaşları məskunlaşdığımız əraziyə gəldilər və “bir neçə günə buranı tərk edin” deyə bizə vaxt verdilər. Baxmayaraq ki, xalqımızın ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyev 1994-1998-ci illər ərzində imzaladığı sərəncamlara görə, məcburi köçkünləri məskunlaşdıqları yerlərdən, hətta şəxsi evlərdən çıxartmaq olmaz deyə sərəncamlar imzalasa da, imzalanmış sərəncamlara əməl etməyən bəzi məmurlar bir az da irəli gedərək, bu gün 36 nəfərdən ibarət 6 məcburi köçkün və qaçqın ailəsinin minbir əzab-əziyyətlə tikdiyi evlərdən çıxartmaq istəyirlər. Bu işdə yalnız bizə ölkə rəhbəri cənab lham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva köməklik göstərə bilərlər. Əks halda onlar yaşadığımız mülkləri ələ keçirməklə, bizə sanki ikinci dəfə didərginlik həyatı yaşatmaq istəyirlər. Biz bu gün olduqca ağır duruma salınmışıq, ona görə 4-cü hakimyyət hesab olunan KİV-nin nnümayəndələrinin köməyindən yararlanmaq istəyirik. İndi istəyirik ki, onlar üzləşdiyimiz problemləri ictimailəşdirsinlər ki, vəziyyətimiz haqda ölkə rəhbəri cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva və digər vəzifə sahibləri xəbərdar ola bilsinlər. Bu gün 36 nəfərdən ibarət 6 köçkün ailəsi, qışın belə bir vaxtında kimə üz tutaq, hara çıxaq biz onu bilmirik”.

Bəli, bu 36 nəfərdən ibarət məcburi köçkün ailə üzvlərinin redaksiyamıza ünvanladıqları müraciətdir ki, onlar müraciətlərində ədalətsiz məhkəmə qərarlarına kəskin etirazlarını bildirirlər və problemlərinin ədalətli həlli üçün cənab Prezidentdən və digər səlahiyyət sahibi olanlardan imdad diləyirlər. İnanırıq ki, hər zaman sadə sakinlərin yanında olan, onların problemləri ilə daim maraqlanan və problemlərin ədalətli həlli yöndə vəzifə sahiblərinə lazımi tapşırıqlarını verən, qudurğan məmurlara və onların ərköyün övladlarına qarşı barışmaz mübarizə aparan cənab İlham Əliyev, bu gün də məcburi köçkünlərin haqq səsinə səs verib, onların üz-üzə qaldıqları problemlərin ədalətli həlli üçün vəzifə sahiblərinə müvafiq tapşırıqlarını verəcək. O halda hər kəs ədalətin necə qalib gəlməsinin canlı şahidi olacaq. Araşdirmamiz davam edəcək. Mövzu diqqətimizdədir.

Bakunews.Az