Goranboyda yanvarın 2-sində 16 yaşlı qız evdən qaçıb.
AzBaku.info məlumat verir ki, Xəlilova Humay Canpolad qızının valideynləri bu barədə Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət ediblər.
16 yaşlı qız "mən rəqqasə olacam" deyərək evdən qaçıb. Dekabrın 31-də Humayın Oruc adlı rəqs müəllimi ilə danışdığı üzə çıxıb.
Orucun Humayın yaşadığı kənddə mədəniyyət klubunda əvvəl rəqs dərsləri keçdiyi üzə çıxıb.
Xoşqədəm Hidayətqızı Humayın tapıldığını efirdə açıqladıqdan sonra Orucun dayısı zəng edərək Humayın onlarda olduğunu və qızı almaq istədiklərini bildirib.
Daha ətraflı videoda: