Son bələdiyyə seçkilərində 2 min 868 seçicinin adı əlavə seçici siyahılarına daxil edilib

Son bələdiyyə seçkilərində 2 min 868 seçicinin adı əlavə seçici siyahılarına daxil edilib.

Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bugünkü iclasında açıqlayıb. 

O qeyd edib ki, ən vacib məsələ seçicilərin adlarının siyahılarda təkrar istifadə edilməməsidir:

"Bununla bağlı sistem təkmilləşdirilib. Seçici siyahıları MSK-nın rəsmi saytında yerləşdiriləcək".