Azərbaycanlı iştirakçıdan “O Səs Türkiyə”də növbəti qələbə - VİDEO

“O səs Türkiyə” yarışmasının azərbaycanlı iştirakçısı Ayla Ray növbəti mərhələyə adlayıb.

Oxu.Az-ın məlumatına görə, həmyerlimiz “çarpaz duellər” mərhələsində Yasir Miylə yarışıb.

Ayla “One night only” mahnısını ifa edib.

İfası ilə hər kəsi heyran edən azərbaycanlı iştirakçı tamaşaçıların səsverməsi nəticəsində qalib olub.