Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, həmyerlimiz Şəhriyar Məmmədyarov sonuncu, 13-cü turda hindistanlı Vişvanatan Anandla heç-heçə oynayıb.
Bu nəticədən sonra hesabında 8,5 xal olan Şəhriyar Məmmədyarov turniri dördüncü pillədə başa vurub.
Turnirin qalibi isə norveçli Maqnus Karlsen olub.
Karlsen onunla eyni xal toplayan (9) holland Aniş Giridən iki partiyanın yekununda güclü olub - 1,5-0,5.
Üçüncü yerdə isə rusiyalı Vladimir Kramnik qərarlaşıb (8,5).