Türkiyənin gənc aktrisası Dilay Çetinçay əməliyyat zamanı həyatını itirib.
Milli.Az Cadde-yə istinadla xəbər verir ki, 28 yaşlı aktrisanın ölümü ilə bağlı cinayət işi açılıb.
Qadın xəstəliyindən əziyyət çəkən aktrisa internet vasitəsi ilə əlaqə saxladığı həkimin klinikasına gedib. Əməliyyat zamanı Dilayın vəziyyəti pisləşib. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.