Həbsdə olan müğənni Fədayə Laçın bu gün vəkili ilə görüşüb.
Bu barədə Oxu.Az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib.
Vəkil bildirib ki, görüş zamanı F.Laçının səhhəti ilə maraqlanıb: “Səhhəti yaxşı deyil. Bildiyiniz kimi, o, hepatit xəstəliyindən əziyyət çəkir. Ağırlaşma yoxdur, amma yaxşı da deyil. Saxlanma şəraiti normaldır, şikayəti yoxdur”.
“Gələn həftə ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırıq”- deyə vəkil vurğulayıb.