Astara istiqamətində isə dənizdən yeni üsulla narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. Avtosfer.az-ın DSX-nin saytına istinadən məlumatına görə, yanvarın 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkar olunub.
Yanvarın 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlanmış vəziyyətdə qəhvəyi rəngli kisədə sellofan materiala bükülmüş 2 ədəd bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.
Yanvarın 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasının saxta vizaları ilə Azərbaycandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir
.