Bakı sakini metronun qarşısında qəflətən dünyasını dəyişdi

Bu gün səhər saat 7 radələrində metronun 20 Yanvar stansiyasının pilləkənlərində 50-55 yaşlı bir qadın anidən dünyasını dəyişib.
Metrodan çıxıb işə gedən qadın çox ehtimal ki, ürək tutması nəticəsində ölüb.

Yaxınlıqda olan vətəndaşlar və polis işçiləri təcili yardım xidmətinə zəng etsələr də, həkimlərin gəlməsi xeyli ləngiyib. Uzun müddət sonra gələn təcili yardım həkimləri qadının öldüyünü təsdiq ediblər. Mərhumun şəxsiyyəti məlum deyil./Bizim Yol/