Bakıda mikravtobus qəzaya düşüb, 10-dan çox yaralı var

Bakıda mikravtobus qəzaya düşüb, 10-dan çox yaralı var


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.