Sevil və Sevinc bacıları “Xəzər” TV-dən getdi

Sevil - Sevinc bacıları “Xəzər” TV ilə yollarını ayırıblar.


AzBaku.info xəbər verir ki, bu barədə onlar özləri məlumat veriblər. Bacılar bildiriblər ki, sabah “Hər şey daxil” verilişində sonuncu dəfə efirə çıxacaqlar:

“2 iyun 2014-cü ildən etibarən evinizin sakini olduq. Bir çoxunuz bizi evinizin övladı bilib dərdimizə şərik oldunuz. Sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayaq üstdə dayanmağı öyrətdiniz. Xəzər TV, bizi biz edən, bizim halal qazandığımız çörəyi bizə çox görmədiniz. Ailə kanalında çalışıb, oranın övladı, siması olmaq nə qürurvericidir.
Bu postu ağlayaraq, əlim əsərək yazıram. Çünki ailəm bilirəm. Bu xəbərə sevinən də, kədərlənən də olacaq. Rəhbərlik sağ olsun seçimimizə hörmətlə yanaşdı. Dörd il sonra, yəni, sabah saat 10:00-da canlı efirdə vidalaşırıq”.

Qeyd edək ki, Sevil - Sevinc bacılarının təqdimatında “Xəzər” TV-də həftə içi hər gün yayımlanan “Hər şey daxil” verilişində bir müddət əvvəl tanınmış prodüser Tarix Əliyev (Tolik) də aparıcılıq etməyə başlayıb. Tolik əvvəllər ancaq həftənin birinci günləri efirə çıxsa da, daha sonra hər veriliş bacılarla birgə ekranlarda olub.