Sumqayıyt iş adamlarının Prezident Aparatı qarşısında etiraz aksiyası davam edir – Zakir Fərəcov isə şəhəri talayır

Bir neçə gündür ki, Prezident Aparatının qarşısına toplaşan iş adamlarının etiraz aksiyaları davam edir. Sumqayıtın icra başçıs Zakir Fərəcov tərəfindən mənimsənilən pullarını tələb edən sahibkarlar hüquqlarının bərpa edilməsini istəyirlər.

Dünən iş adamlarını qəbul edən, Prezidentin hüquq-mühafizə məsələləri üzrə köməkçisi bildirib ki, sahibkarların borclarının qaytarılması üçün tapşırıqlar veriləcək. Lakin iş adamları bir ildən çoxdur ki, şəhər icra başçısının yalançı vədləri ilə aldadılır.
Sumqayıyt iş adamlarının Prezident Aparatı qarşısında etiraz aksiyası davam edir – Zakir Fərəcov isə şəhəri talayır

İş adamı Məhəmməd Əsgərov qeyd edib ki, onlar hər dəfə Prezident Aparatının qarşısına toplaşanda onlara pullarının qaytarılacağı ilə bağlı vədlər verilir. Lakin, Sumqayıtın icra başçısı Prezident Aparatından verilən tapşırıqlara məhəl qoymur. Zakir Fərəcov iş adamlarına bildirir ki, onlar pulu ölkə başçısından tələb etməlidirlər. İcra başçısı tərəfindən qəbul edilən sahibkarların borclarını istəməsinə verilən cavab, hamını narahat etməkdədir. Zakir Fərəcov iş adamlarına: “Sumqayıtda abadlıq işləri üçün ayrılan pullar mənə verilməyib. Sərəncamlarla ayrılan vəsaitin mənə dəxli yoxdur. Gedin pulunuzu Prezidentdən alın” – deyə cavab verib.

Çarəsiz durumda qalan sahibkarlar Prezident Aparatının qarşısına toplaşaraq onların sözünün ölkə başçısına çatdırılmasını istəyirlər. Lakin hər dəfə bir məsul şəxs tərəfindən qəbul edilən iş adamlarına – gedin Sumqayıt icra hakimiyyətinə - cavabı verilir. İcra hakimiyyətinə üz tutan vətəndaşlar isə burda baş memar Fəzail Hüseynovun və icra başçısının qeyri –rəsmi qohumu olan Adil Xudadatovun təzyiqləri ilə üzləşirlər.
Sumqayıyt iş adamlarının Prezident Aparatı qarşısında etiraz aksiyası davam edir – Zakir Fərəcov isə şəhəri talayır

Xatırladım ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi və şəhərdə bayraq meydanlarının salınması üçün iş adamları 12 milyon manat pul xərcləyiblər. İcra başçısı Zakir Fərəcov sahibkarlara bildirb ki, bulvarın və Bayraq meydanlarının Prezident tərəfindən açılışından sonra, onlara olan borcunu qaytaracaq. Lakin, Prezidentin Sumqayıta səfərindən sonra iş adamlarına “pulum yoxdur” deyən Fərəcov, bulvarın tikintisinə milyonlarını xərcləyən Müqayis Verdiyevi həbs etdirib. Bulvarın tikintisi zamanı M.Verdiyevə “qardaş” deyən bu məmur, indi ona saxta ittihamlarla cinayət işinin qaldırılmasına tapşırıq verib.

Zakir Fərəcovun qohumları , eləcədə bacısı oğlu Kənanın iş adamlarını silahla hədələməsi adi hala çevrilib. Kənanın özbaşınalığı nəticəsində Sumqayıtda yaranan narazılıqlara aidiyyatı qurumlar susmaqla cavab verir. İş adamlarının həyatı üçün təhlükə yaradan Fərəcovlar özlərini Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubovun qohumu adlandırırlar. Xatırladaq ki, Zakir Fərəcov obyektləri sökülən və haqsızlıqla üzləşən insanlara da tapşırığın Bəylər Eyyubov tərəfindən verildiyini bildirib.

Sumqayıyt iş adamlarının Prezident Aparatı qarşısında etiraz aksiyası davam edir – Zakir Fərəcov isə şəhəri talayır

Narazılıqların gündən –günə artdığı Sumqayıtda, Fərəcovların özbaşınalığı sərhəd tanımır. İcra başçısı və onun baş memarı Fəzail Hüseynov şəxsi maraqlarını həyata keçirərkən sadə vətəndaşların hüquqlarını kobud şəkildə pozurlar. Təsadüfi deyil ki, icra hakimiyyətinin baş memarı Sumqayıtda görülən işlərdə milyonlarla vəsaiti mənimsəyənlərdən biridir. Bu şəxsin Bakıda yerləşən beton zavodunun sahibi olması və digər obyektlərin sahibinə çevrilməsi dövlətin mənimsənilən vəsaitləri hesabına baş verib. Bu barədə ətraflı məlumat verəcəyik.

İş adamları bildiriblər ki, onlar hər gün Prezident Aparatında etiraz aksiyalarını davam edəcəklər. Bu hadisə ölkənin aidiyyatı qurum rəhbərlərini narahat etməlidir. Sumqayıtlıları hakimiyyətə qarşı narazı kütləyə çevirən icra başçısına “dur” deməyin zamanı yetişsədə tədbir görən tapılmır. Bəylər Eyyubovun adı ilə talanan şəhərdə etirazlar yaradan Zakir Fərəcovun, bu fəaliyyətinin qarşısı, tez zamanda alınmasa, daha ağır nəticələrin şahidi olacağıq.
Realliq.net