"BMW"-nin sürücüsü qismən dairəyə daxil olub
Yanvarın 30-da paytaxtın Mikayıl Müşviq küçəsində yerləşən dairədə hərəkət edən sürücü həmin dairədən çıxıb Mətbuat prospekti istiqamətinə gedən zaman digər istiqamətdən gələn sürücünün əsassız etirazı ilə rastlaşıb. Avtosfer.az xəbər verir ki, sürücü dairənin sağ zolağına yerdəyişmə edən zaman sağ tərəfdən dairəyə yaxınlaşan 10-PB-014 qeydiyyat nişanlı "BMW"markalı avtomobilin sürücüsü səs siqanlı ilə öz narazıçılığını bildirib. Burada qayda pozan "BMW"-nin sürücüsüdür.Amma buna baxmayaraq o,qabaqdan gəlmişlik edərək səs siqnalı verib üstünlüyə malik olan sürücünü haqsız hesab edir. O, dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra həmin dairəyə daxil ola bilərdi. Lakin videoda aşkar şəkildə görünür ki, "BMW"-nin sürücüsü qismən dairəyə daxil olub.