Şəffaf geyimdə efirə çıxan Mətanətdən EHTİRASLI SÖZLƏR - Səni istəyirəm, Zaur - VİDEO

Dünən "5/5"in qonağı olan Mətanət Əsədova verilişə təəccübə səbəb olan davranışları ilə yadda qalıb.
Milli.Az xəbər verir ki, qırmızı rəngli transparan (şəffaf) geyimi ilə diqqətləri üzərinə çəkən müğənninin ilk dəqiqələrdən Zaura olan baxışları kameraların obyektivindən qaçmayıb.
İfası zamanı aparıcıya qarşı ehtiraslı hərəkətləri ilə yadda qalan Mətanət işlətdiyi ifadələrlə də hər kəsi təəccübləndirib.
Verilişdən həmin kadrları təqdim edirik: