"İlhamə Quliyeva sizi yanına aparsın"

"Deyirəm, bəzilərinə yer edib mənim Nazpəri Dostəliyevaya tac hədiyyə etməyim. Verilişimə gələn qonağa istədiyim hədiyyəni verə bilərəm, heç kim mənə nəsə deyə bilməz".


AzBaku.info axşam.az-a istinadən bildirir ki, bu sözləri prodüser Tolik sosial şəbəkədə yazıb.

O, müğənninin başına tac qoymasını qınayanlara cavab verib:

"Nazpərinin sənətinə nə olub ki, bəziləri belə yanıb tökülürlər? Əcəb etmişəm, əlimin içindən gəlib... Yaltaqlar... Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməzdi. Heç İlhamə xanımın özü də...

Bir çıxın xalq arasına görün Nazpəri qədər hörmətiniz var? Sonra danışarsınız... İlhamə xanım da mərd idi, bəziləri kimi yox... İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın".

Qeyd edək ki, müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşım edərək "Mənim ilk və son taclı sənətkarım. Sən dahisən. Yerin görünür" sözlərini yazmışdı.