ABŞ-da sərnişin və yük qatarları toqquşub: Ölənlər var – VİDEO

Bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

Oxu.Az xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 116 nəfər yaralanıb.

Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb.