Bakının mərkəzində ev yanır

Bakıda yaşayış evində yanğın başlayıb. Yanğın Nəsimi rayonu Salatın Əsgərova küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür. (apa)