İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri BQXK-nin nümayəndəsi ilə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin AzBaku.info Vetenperverler.az-a istinadən xəbər verir ki, dünən yəni 30 oktyabr 2017-ci il tarixdə saat 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Müdafiə İşləri üzrə Koordinatoru Byorn Oliver Rahm ilə İşəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun rəhbərliyi ilə komitənin digər rəsmi nümayəndələri görüşmüşlər.

Komitə sədri E. Həmidov Koordinator Byorn Oliver Rahm ilə görüşdə müxtəlif məzmunlu müzakirələr aparmış, xüsusən erməni əsirliyində əziyyət çəkən Dilqəm Əsgərovun səhhətində olan problem və Şahbaz Quliyevin saxlanma şəraiti ilə əlaqəli məsələlərə toxunmuşdur. Bundan əlavə Sədr cənab Həmidov Koordinator ilə Hərbi münaqişələr zamanı əsirlikdə olanların Avropa Konvensiyalarının şərtlərinə uyğun bir şəraitdə saxlanılması hallarınada diqqət çəkmişdir. Komitə sədri əlavə olaraq Dilqəm Əsgərovun cəza çəkdiyi Şuşa həbsxanasından Erevan həbsxanasına koçürülməsi məsələsi ilə bağlı Koordinatora suallarla müraciət etmişdir. Sədrin suallarını cavablandıran Byorn Oliver Rahm bildirdi ki, Ermənistanda saxlanılan əsirlərin səhhəti, saxlanılma şəraitləri ilə bağlı mütəmadi maraqlanılır və aidiyyatı üzrə məlumatlandırılır.
Sonda komitə sədri Koordinatora dəvətini qəbul edib görüşdükləri üçün səmimi təşəkkürünü bildirmişdir.
Komitə sədri və səlahiyyətli şəxsi ilə birlikdə Komitənin Hüquq Departamentinin rəisi Azad Atayev və Ekspert Departamentinin rəisi Nazim Qurbanov da görüşdə iştirak etmişlər.