ADPU-nun Ağcabədi filialında korrupsiya və əxlaq faktoru - ARAŞDIRMA

Bu yazını həm də Azərbaycan Respubliksının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya bir müraciət, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə cinayət işinin başlanması üçün kifayət qədər təqdim edəcəyimiz faktlarla Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I bəndinə əsasən, bir vətəndaşlıq borcu kimi də qəbul etmək olar.

Ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayan mübariz qadınlarımız az deyil. Demokratik dövlət və hüquqi cəmiyyət quruculuğu sürətlə davam etdiyi bir dönəmdə rastlaşdığımız hansısa neqativ hal və bu ürəkaçmayan olayın aradan qaldırılmasından ötrü daha çox KİV-in təşəbbüs göstərməsi bir həqiqətdir. Bəs görəsən, ölkənin konstision qurluşunun müdafiəsinə məsul olan qurumlarımız bu problemlərin meydana çıxmasında hüquqi məsuliyyəti olan məmurlara qarşı cəza tətbiq etməkdə nə dərəcədə aktivlik nümayiş etdirirlər?!

Bu gün sizlərə təqdim edəcəyimiz yazı ilə əslində, hər kəsin gözü qarşısında, ancaq hər kəsdən xəbərsiz baş verən bir sıra qanun pozuntularına işıq salmağa çalışacağıq. Ağcabədi rayonunda yerləşən Azərbaycan Dövlət Pedoqoji Universditetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın başında durduğu “təhsil qaçaqmalçılığı” şəbəkəsini ifşa etməyə çalışaçağıq. Məsələnin ciddiliyinin fərqində olmaqla, direktorun əxlaqının normal olmamasından başlayaq. Əvvala onu qeyd edək ki, bu qadın Ağcabədi rayonunda yüngül əxlaqlı, qeyri-ciddi reputasiyalı şəxs olaraq tanınır. Onun Bakı şəhərindəki villalarının birində təmir işləri aparılarkən qızı Türkanın evdə mühafizə polisinin əməkdaşı Emin adlı şəxslə qoşulub qaçması həmin vaxt rayonda böyük dedi-qodulara səbəb olmuşdu. Emin adlı şəxsin isə reallıqda evli olması Türkanı qaçırdıqdan sonra ailəsi ilə boşanması faktlarıda qeyd edilməkdədir. Eminin boşadığı ailəsinə aliment ödəmədiyi verilən məlumatlarda yer almaqdadır. Ən acınacaqlısı isə həmin şəxsin evli olması idi. Türkan evdən yüksək məbləğdə pul və qızıl-zinət əşyalarını da götürməyi unutmayıb.

Bir müddət sonra isə Mətanət xanım(?) tək varisinin və əmlakının böyük hissəsinin qanuni mülkiyyətçisi olan qızı Türkanla barışıq etməkdən başqa çarəsinin olmadığını düşündüyü üçün onları evinə dəvət edir və qızına toy edir. Daxili İşlər Orqanlarında işləmiş, yol verdiyi ciddi nöqsanlara görə xidmətə uyğunsuzluğu səbəbindən xidmətdən uzaqlaşdırılmış həmin kürəkəni olan Emini, Fərzəliyevanın maddi resursları hesabına yenidən polisə bərpa etmək mümkün olur və ardınca da “qaynana”nın növbəti həddiyəsi-jesti hesabına Polis Akademiyasına qəbul edilir. Özünüz düşünün daha əvvəl polisdən işdən qovulmuş birinin sonradan xidmətə qaytarılması, hələ bu azmış kimi Polis Akademiyasına qəbul edilməsinə nail olmaqla, gələcəkdə ölkənin hüquq-mühafizə orqanlarında zabit olaraq xidmət aparması heç də gələcəyimizin uğurlu sabitliyindən və yüksək peşəkarlıqla ictimai təhlükəsizliyimizdən xəbər vermir. Qayıdaq “qaynana”nın rəhbərlik etdiyi təhsil müəssisəsində olan qanun pozuntularına. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsilin kefiyyəti sıfır dərəcəsindədir. Çünki burada bütün simestr imtahanları yalnız rüşvət toplanmaqla yazılır. Öz biliyi ilə oxumaq həvəsində olanların qarşısına isə böyük əngəllər çıxardılır. Bəs görəsən, Təhsil Nazirliyinin aidiyyatı şəxsləri niyə nəzarət etməməkdə, belə ciddi boşluqlar yaratmaqda maraqlıdır?

Mövzuya qayıdacağıq, dərc etdiyimiz yazı istintaq orqanları üçün əsaslı sayıla bilər.Reportyor.org



Növbəti yazımızda oxuyacaqsınız:

- Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialında saxta diplomlu neçə işçi çalışır?

- Ağcabədi RİH-nin başçısının Təhsil Nazirliyinə ünvanladığı məktubda nələr qeyd olunurdu?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən Oqtay kim idi və onda M.Fərzəliyeva barədə nələr var?

- Filialın təsərrüfat şöbəsinin müdiri Qalib müəllimdən direktorun çəkinməsinin əsl səbəbi və ya Maliyyə və kadr məsələləri şəxsi münasibətlərə görə müəyyən edilməsi;

- Mayıl Alıcanovla hansı yaxın əlaqələr var?
-Ümumiyyətdə ADPU-nun rektoru Cəfər Cəfərovun Ağcabədi filialında yaşanan ciddi qanun pozuntuları və korrupsiya hərəkətləri barədə hansı səviyyədə və necə məlumatlıdır?
-Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir və bu şəxsin siyasi fəaliyyətinin bu münasibətlərdə rolu nədən ibarətdir?
– Bu ali təhsil müəssisəsində “ailə podratı” və dövlət müəssisəsini MMC kimi idarə etmək təcrübəsi;
-Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar və nəticəsi barədə gizlədilən həqiqətlər yalnız sirr olaraq qalmaqdadır. Bəs görəsən direktorun Maliyyə Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Cavanşir Yusifovun adınıl hallandırmasının bu müəmmalı yoxlama ilə bir bağlılığı varmı?
ADPU-nun Ağcabədi filialında simestr imtahanları zamanı monitorinq keçirilməsi üçün Təhsil Nazirliyinə və digər əlaqədar qurumlara etdiyimiz müraciət necə qarşılandı?
Bizi izləyin…