Ağdam rayonu I Yüzbaşılar kənd orta məktəbində insident baş verib.
Reportyor.org xəbər verir ki, məktəbin 11-ci sinif şağirdi Nəsibov Nəsib Allahverən oğlu ile 9-cu sinif şagirdi Zeynalov Rəvan Xəqani oğlu arasında mübahisə yaranıb,sonradan dava-dalaşa çevrilib. Nəticədə Nəsib Nəsibov Rəvanı döyərək, baş ve sifət nahiyyələrinə zərbələr endirməklə, ona yüngül bədən xəsarətləri yetiribdir.
Döyülən uşaq dərhal Ağdam Rayon Mehkəməsinə gederək döyülmesi barədə məlumat verib, ancaq məhkəmedən geri qaytarılıb. Hələlik fakt hüquq-mühafizə orqanlarından gizlədilir. Qeyd edək ki, Nəsib Nəsibov məktəbin direktoru Polad Zeynalovun qohumudur ve onun xoşagəlməz hərəkətləri dəfələrlə olub.
Məlumat üçün bildirek ki, bu məktəbdə olan ciddi nöqsanlarla bağlı yoxlamalar aparılıb, direktor barəsində dəfələrlə tənbeh tədbirləri görülsə də, direktorun işdən kənarlaşdırılmaması üçün Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanova aidiyyatı qurumlara minnətçi düşüb. Çünki xanım Misirxanova direktorun qaynatası, Ağdam rayonunda radikal ve fəal müxalifətçilerdən sayılan, Müsavat Partiyasının özək sədri olan Laçın Cəfərovla ailevi dostdurlar. Mövzuya qayıdacağıq..