İtən alpinistlərlə bağlı qərargahdan AÇIQLAMA

Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib.

AzBaku.info xəbər verir ki, bu barədə report-a Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: "Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təssüf ki, nəticə yoxdur. Heyətə gəlincə, gündəlik say dəyişir. Kimsə yorulur, xəstələnir, o çıxarılır, əvəzinə başqa adam salınır. Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə də axtarışlar davam etdirilir".

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.