“Xəzər maqazin” şou-biznes nümayəndələri arasında sorğu aparıb. Onlar “Kim hansı bədən üzvünü neçəyə sığorta etdirir” sualına cavab verib.
Oxu.Az xəbər verir ki, məşhurlardan Əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Yaşar Yusub və Sabina Babayeva belə bir imkan olarsa, səslərini sığorta etdirəcəklərini deyib.
Digər məşhurların cavabı isə belədir:
Abbas Bağırov: “İndiki baş verənlərə dözmək üçün sağlam ürək lazımdır. Ürəyimi istəyərəm. Bunun üçün səkkiz milyon deyərəm”.
Sevda Yahyayeva: “Başımı… Səsim də, gözüm də, qulaqlarım da, düşünən beynim də orada yerləşir. Milyon dəyərindədir”.
Elnarə Xəlilova: “Saçım mənim gözəlliyimdir. Məndə ən gözəl olan elə saçlarımdır”.
Oksana Rəsulova: “Saçlarımı və gözlərimi sığorta etdirərdim”.
Mətanət İsgəndərli: “Səsimi bir milyon dollara sığorta etmək istəyərəm”.
Ceyhun Zeynalov: “İmkan olsaydı, ürəyimi sığorta etdirərdim. Çünki məndə olan ürək heç kimdə yoxdur”.
Nüşabə Ələsgərli: “Özümü”.
Ramal İsrafilov: “Səsimi bir milyona sığortalatdıraram”.
Nazpəri Dostəliyeva: “Bütün bədənimi. Hissələrə bölmərəm”.
Fatimə Fətəliyeva: “Mənim sənətimdə əsas əl və ayaqdır. Onları sığortalatdırmalıyam. Onlar olmasa, heç nə yarada bilmərəm. Qiymət isə bir milyon dollar”.
Tarix Əliyev: “Dilimi. 10 min dollara sığortalatdırmaq istəyərəm”.