ARB Ulduz-un "Virtual Həyat" proqramının növbəti müsahibi müğənni Orxan Babazadə olub.
Day.Az xəbər verir ki, iki kəlmənin orta yerində həmkarlarına söz atıb fikir tutan müğənni ətrafdakıların düşündüyü kimi özündənrazı bir insan olmadığını söylədi.
"Özümdən razı biri deyiləm. Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm".
- Orxan, sənin bu evlilik məsələn də ki artıq qlobal problemə çevrilir. Söylə görək, bəs, nə zaman vağzalı çaldıracaqsan?
"Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba olum. Artıq bu barədə düşünürəm".
- Deyəsən, evlilik üçün namizəd tapmısan ki, belə arxayın danışırsan.
"Əslində, namizəd var idi. Artıq yoxdur. Sadəcə, həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəklə klikləyin: