Yeni Azərbaycan Partiyası qurultay keçirir — YENİLƏNİB

Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı işə başlayıb.

YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyir.

***

Bu gün Azərbaycanın hakim partiyası YAP növbəti qurultayını keçirir.

Partiya VI qurultayına YAP-ın prezidentliyə namizədini müəyyənləşdirəcək.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-nə təyin olunub./Ölkə.Az/