Moskvanın “Domodedovo” hava limanından Türkiyəyə uçan təyyarə şübhəli sərnişin və ayaqyolunda tapılan çantaya görə Odessada məcburi eniş edib.
AzBaku.info-nun xəbərinə görə, bu barədə Odessa vilayətinin Milli Polis İdarəsinin rəisinin müavini Ruslan Forostyak öz Facebook səhifəsində yazıb.
Təyyarə eniş etdikdən sonra sərnişinlər təxliyə olunub. Şübhəli çanta polislər tərəfindən yoxlanılıb, lakin heç nə aşkarlanmayıb.
Təyyarənin göyərtəsində özünü qəribə aparan Litva vətəndaşı Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən dindirilib.