Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Oxu.Az-ın xəbərinə görə, “Keşlə” doğma meydanda debütant “Səbail”i qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. 34-cü dəqiqədə Fəhmin Muradbəyli qonaqları hesabda irəli çıxarıb. Matçın 55-ci dəqiqəsində isə Pərdis Fərcad-Azad meydan sahiblərinin bərabərlik qolunu vurub.
Turun son oyununda “Neftçi” “Bakcell Arena” Kəpəzi qəbul edib. Matç “flaqman”ın minimal hesablı qələbəsi ilə başa atıb. 86-cı dəqiqədə Mirabdulla Abbasov adına tabloya yazdıraraq komandasına üç xal qazandırıb.