Lənkəran rayon icra hakimiyyətində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Hələlik onların bir qismini dərc edirik, saytımıza daxil olmuş digər informasiyalar isə dəqiqləşdirildikdən sonra diqqətinizə təqdim olunacaq. Beləliklə…
AzBaku.info bildirir ki, Savash.org-a sızan məlumatlarda saxta diplomlu şəxslərin işlə təmin olunmasından tutmuş digər ağlagəlməz maxinasiyalara qədər bir çox ittihamlar yer alıb. Onların bəziləri ilə tanış olaq. Məsələn, daxil olan məlumatda iddia olunur ki, hazırda Lənkəran rayon icra hakimiyyətində işləyən bir neçə işçinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. İddialara görə, diplomları şübhəli olan həmin şəxslər küllü miqdarda rüşvət hesabına işlə təmin olunmağa nail olublar. İndi isə konkret faktlara keçək.
Belə ki, rayonun Şovu kənd keçmiş icra nümayəndəsinin mühasibiı Beynəlxalq Universiteti bitirmişdi və diplomu Təhsil Nazirliyi tərəfindən tanınmırdı. Buna baxmayaraq, həmin şəxs ilyarım sözügedən vəzifədə çalışıb. İcra nümayəndəsi işdən azad olunduqdan sopnra isə təsadüf nəticəsində həmin faktın da üstü açıldı və saxta diplomlu mühasib işdən azad olundu.
Redaksiyamıza daxil olan məlumatda həmçinin bildirilir ki, Ceyhun Şirvanov Lənkəran şəhər icra hakimiyyətində qanunsuz işə götürülüb və burada iki il çalışıb. Adıçəkilən şəxsin qalmaqallı Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirdiyi, diplomu tanınmadığı üçün heç bir yerdə işə götürülmədiyi qeyd olunur. Bütün bunlara baxmayaraq, Lənkəran RİH başçısı Taleh Qaraşovun maddi maraqlarının təmin olunması şərtilə işlə təmin olunmağı bacarıb.
Bu qəbildən olan vəzifə sahiblərdən birinin də Fərid Bayramov olduğu bildirilir. O, 2015-ci ildə işlə təmin edilib. Bu şəxs 2017-ci ildə Ukraynada şübhəli diploma sahib olub və bu günə kimi diplomu tanınmayıb.
Mənbənin sözlərinə görə, Lənkəran RİH-də bu kimi "qara işləri” əsasən iki şəxs həyata keçirir: İcra başçısının müavini Rəsilə Əliyeva və başçının köməkçisi Elnur Hüseynov. Daxil olan informasiyada maraq doğuran məqamlardan biri də Rəsilə Əliyevanın və Elnur Hüseynovun bahalı avtomobilləri hansı vəsaitlə əldə etmələridir. Belə ki, xanım müavininin şəxsi avtomobilinin dəyəri 100 min manat civarında qiymətləndirilir.
Rəsmən 330 manat əmək haqqı alan Elnur Huseynovun isə 50 min manatlıq bahalı avtomobil sahibi olduğu deyilir. Ford markalı həmin avtomobilin alınmasında müxtəlif vəzifələrə təyinat alan şəxslərin rolunun hansı dərəcədə olması haqda isə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.