“Beynəlxalq Bank”ın daha bir neçə əməkdaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialının dələduzluqda təqsirləndirilən müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları-Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzBaku.info APA-ya istinadən məlumat verir, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin bir sıra maddəsinə əsasən ittiham olunurlar.