Bu gün Avropa Liqasında 1/16 final həyəcanı davam edəcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutacaq.
İddialılardan "Arsenal" "Ostersund"un, "Milan" isə "Ludoqorets"in qonağı olacaq. Dortmund "Borussiya"sı öz meydanında "Atalanta" ilə üz-üzə gələcəyi halda, "Lion" "Vilyarreal"la münasibətləri ayırd edəcək.
Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqla gözlənilir. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalılarla qrupda keçirdiyi hər iki görüşdə heç-heçəyə (0:0, 1:1) imza atmışdı.
Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.
Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
15 fevral
20:00. "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)
22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya)
22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)
22:00. "Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya)
22:00. "Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə)
22:00. "Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya)
22:00. "Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya)
00:05. AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna)
00:05. "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)
00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya)
00:05. "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya)
00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)
00:05. "Napoli" (İtaliya) - "Leypziq" (Almaniya)
00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya)