Svetoforu saymayan sürücü – Gecə qara, “BMW” qara - VİDEO

Pozduğu qaydaya görə 3 bal 60 manat məbləğində cərimə edilə bilər
Bakıda gecə vaxtı svetoforun işığına məhəl qoymayan sürücünün görüntüsü kameraya düşüb. Oxuculardan biri həmin görüntünü Avtosfer.az-a göndərib. Fevralın 19-da paytaxtın Əsəd Əhmədov küçəsində (Yeni Yasamalda) hərəkətdə olan 10-FX-015 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yolayrıcında svetoforun qırmızı işığına əhəmiyyət verməyib hərəkətini davam etdirərək sola - Dadaş Bünyadzadə küçəsinə dönüb.

Sürücü pozduğu qaydaya görə 3 bal 60 manat məbləğində cərimə edilə bilər.