Zamanda səyahət etdiyini iddia edən kişi dünya mediasını şoka salıb.
Paytaxt.org Publika.az-a istinadən xəbər verir ki, özünü Aleksandr Smit adlandıran təxminən 60 yaşlarında bir kişi 2118-ci ilə səyahət edib geri döndüyünü, oradakı həyatın necə olduğunu, binaların görünüşünün şəkillərini çəkdiyini bildirib.
İngilis mətbuatında yer alan videogörüntülər qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Belə ki, yaşlı kişi özünün 2030-cu ildən gəldiyini iddia edir. O bildirib ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub və hazırda baş verənləri mətbuata danışdığı üçün onu axtarışa veriblər:
“Mən 1981-ci ildən 2118-ci ilə səyahət etmişəm. Adım Aleksandr Smitdir. Gizli bir layihə əsasında mən zamanda səyahət üçün göndərildim. Həyatı təhlükəyə baxmayaraq, hər şeyi sizə danışıram. Hazırda onlardan gizlənirəm. Kiçik bir sığınacaqda qalıram. Mən səyahət etdiyim dövrdə ətrafına yaşıl işıq yayan qəribə şəkilli çoxmərtəbəli binalar gördüm. Onların şəkillərini çəkmişəm. Mənə inanmayacaqlarını bilirdim. 21-ci əsrin sonlarında dünyaya ağıllı, amma görünüşünə görə olduqca fərqlənən yad planetlilər hücum edəcək”.
Kişinin düzgün danışıb danışmadığını yoxlamaq üçün onu yalan testindən keçiriblər. Lakin mexanizm onun yalan dediyini təsdiqləməyib. Müəmmalı hadisənin videogörüntüləri yayılıb. Şəbəkə istifadəçiləri isə, müxtəlif şərhlər yazaraq, buna inanmadıqlarını deyiblər.
Həmin görüntüləri təqdim edirik: