“Broker” MMC rəhbəri Əbülfəz Məlikova qahmar çıxan qüvvələr onu arxayın ediblər ki, heç bir təhlükə yoxdur, işini davam etdir
FİA.Az-ın yaydığı xəbərə görə, bəzi KİV-lərdə Ə.Məlikovun heç bir tənqidə fikir vermədən əməllərini yerinə yetirdiyi vurğulanıb.
Gömrükdə “karqo Şamil” adlanan Şamil Heydərovla paralel inhisarçılığı davam etdirən “Broker Əbülfəz” media emissarları hesabına bir müddət gözdən itməyə nail olmuşdu.
Lakin yenidən diqqət mərkəzinə gələn Ə.Məlikov barəsindəki faktlara əhəmiyyət vermədən fəaliyyətini davam etdirir. Çünki onu qoruyan güclər arxayın ediblər.
Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.
Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə.Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.
“Trans Broker” MMC əməkdaşları onların ölkəyə gətirdikləri məhsullardan əldə edə biləcəkləri ehtimal olunan gəlirin 60-70 faizini əvvəlcədən rüşvət olaraq tələb edirlər. Belə bir vəziyyət dünyanın heç bir gömrük sistemində müşahidə olunmur.
Üstəlik, bu qədər rüşvətdən sonra iş adamları gətirdikləri malın qiymətlərini rəsmi bəyənnamələrdə bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirməyə təhrik edilirlər.
Beləliklə növbəti dəfə cinayətə imza atılaraq dövlət büdcəsindən milyonlarla vəsait yayındırılır. Bütün baş verən qanunsuzluqlarda isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir.
Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.
Əldə etdiymiz məlumata görə Anar Allahverdiyev Əbülfəz Məlikovun xalası oğlu olmaqla yanaşı, həmçinin sirli “Broker” MMC-nin rəhbərinin gizli “kassası”dır.
Anar Allahverdiyevin xarici banklarda, xüsusən də ABŞ-ın kiçik və orta səviyyəli banklarında çoxlu sayda hesabları var və bu hesablarda Əbülfəz Məlikova aid olan pullar saxlanılır.
FİA.Az-ın yaydığı xəbərə görə, apreldən sonra ölkədə ciddi struktur islahatları gedə bilər. Son zamanlar gömrüklə vergilərin birləşdirilməsi müzakirə olunur.
Əgər bu islahat gerçəkləşərsə, vergilər naziri Mikayıl Cabbarov gömrük sahəsini ələ keçirmiş olacaq. Bu halda Ə.Məlikov üçün qara günlər başlanacaq.
Apreldən sonra bu dəyişikliklər gözləniləndir. Çünki dövlət başçısı vergi, maliyyə, gömrük sahələrində şəffaflığı təmin etmək, inkişaf etdirmək niyyətindədir.
Ən maraqlısı isə rüşvətin alınma mexanizmi və bu mexanizmi həyata keçirən böyük bir qurumun olmasıdır. Söhbət mətbuatda adı «Broker» MMC kimi hallanan, rəsmi sənədlərdə isə adı “Trans Broker” MMC kimi keçən nəhəng şirkətdən gedir.
Bu şirkətin işçilərinin sayı Azərbaycan Gömrüyündə çalışanların sayından 2 dəfə çox olduğu bildirilir. Qeyri-rəsmi məlumatlara görə, gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var.
2006-cı ildə yaradılan və o vaxtdan da iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir.
Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir.
Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür.
Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.
Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.