Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin haqqında dələduzluq iddiası ilə bağlı şikayət daxil olub.
Şikayətçilər Qaynarinfo-ya müraciət edərək bildirib ki, İbrahim Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Bağlar" adlanan ərazidə onlara məxsus olan təqribən 4 sotluq torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hasarlayıb.
Şikayətdə qeyd olunur ki, İbrahim Əliyev həmin ərazidə torpaq sahəsi olan 4 nəfər vətəndaşın istifadə etdiyi yolu da bağlayıb:
"İbrahim Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə təzyiq göstərir. Bizdən xəbərsiz torpaq sahələrimizi hasarladıb. Həmin ərazininin qonşuluğunda İbrahim Əliyevin 22 sotluq torpaq sahəsində tikilmiş 2 mərtəbəli dəbdəbəli villası var. İndi bizim torpaqları da öz həyətinə birləşdirmək istəyir. Deyir ki, "yuxarılarda" adamım var, gedin hara müraciət edirsiniz edin, heç kəs bu torpağı məndən ala bilməz!", - deyə şikayətçilər bildirib.
Şikayətçilər İbrahim Əliyevin qanunsuz əməlləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Birinici vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşır.