Qaradağ DYP polis kapitanı Elşən Novruzov ''sığorta mənə zəng edib, təzyiq edir hər iki tərəfə protokol yazmalıyam'' /SƏSYAZISI

Maraqlıdır polis kaöitanının dediyi kimi ona sığorta şirkətindən təzyiqlər edilirmi?

Mart ayının ilk günündə Qaradağ rayon DYP ispektoru barədə təcüb doğuracaq məlumat yayılıb. Məlumatda qeyd edilir ki, “ATASIĞORTA” şirkətinin əməkdaşları ilə əlbir olan DYP inspektoru polis kapitanı Elşən Novruzov qanunları tanımaqdan hər vasitə ilə boyun qaçırmaqdadır. Belə ki, avtomobil qəzaları zamanı qarşı tərəflər arasında insident yaranmaması üçün Azərbaycan Respublikası qanunlarına əsasən İcbari sığorta lahiyəsi qərarı qəbul edilmişdir. Bu qərarın nə qədər düzgün verilməsi isə Azərbaycan xalqının razılığından öz təsdiqini tapmışdır. İcbarı sığorta qaydalarına görə sığortalanan avtomobil qarşı tərəfə vurduğu zərərin vətəndaş tərəfindən deyil məhs sığorta şirkəti hesabından ödənilməsi nəzərdə tutulub. Bu halda isə qəzanı törədən şəxsin demək olarki sığortaçısı onun vəkili kimi çıxış edir və həmin şəxsin ödəməli olduğu zərəin qarşılanmasında yaxından iştirak edir. Polisin bu hadisədə əsas rolu isə qəzanın kimin tərəfindən hansı qaydada pozulduğunu qeyd edərək “FORMA-4” adlı sənətin doldururaq sığorta şirkətinə verilməsini təmin etməkdən ibarətdir.

Çox təsüflər olsun ki, bu ğun bəzi sığorta şirkətlərinin əməkdaşları belə düzgün qaydalara riayyət etməməkdədir. Hal-hazırda isə bu şirkətlərin bir neçəsini sadalamaq mümkün olsada mövzumuzda əsas qəhrəmanın olduğunu nəzərə alaraq digər şirkətlərin adlarını sadalamırıq. Təsüflər olsun ki, polis kapitanı hal-hazırda vətəndaşa bildirdiyinə görə, “Atasığorta” şirkətindən ona zəng edilərək təzyiq edildiyini və onu məhkəməyə verəcəklərini deyərək, zərərçəkmişin “forma-4” adlı sənətin verməməkdədir.

Bakunews.az qeyd edir ki, 01.03.2018-ci il tarixində Qaradağ rayon ərazisində 99-GZ-025 (Atasığarta şirkətinin müştərisi) qeyydiyyat nişanlı avtomobilə avtomobil 99-LD-444 dövlət qeydiyyat nişanlı avtomobil arasında qəza hadisəsi baş verib. Məlumatda qeyd edilir ki, Ford Tranzit 99-GZ-025 dövlət qeydiyyat nişanlı yük avtomobili günahkar olduğu barədə protokol tərtib edən polis kapitanı Elşen Novruzov daha sonra sürücüdən 200 azn məbləğində rüşvət alaraq sığortaya təqdim ediləcək sənətlərin tez bir zamanda veriləcəyini vəd edib. Daha sonra zərər çəkmiş KİA CADENZA 99-LD-444 dövlət qeydiyyat nişanlı sürücüsü Ağayev Zamin İlham oğlu polis kapitanı E.Novruzovun yanına gedərək sığortaya veriləcək sənəti götürmək istədiyin bildirib. Bir neçə gündən sonra aldığı pulu geri qaytaran E.Novruzov sürücüləri şok edəcək açıqlama ilə çıxış edib. Polis kapitanı aldığı 200 azn geri qaytararaq qeyd edib ki, hadisədə hər iki tərəfə pratakol yazacaq. KİA CADENZA sürücüsü hansı əsasla ona protokol yazıla biləcəyin soruşduqda isə şok cavabla qarşılaşıb. Suala cavab olaraq E.Novruzov “ATASIĞORTA” şirkəti tərəfindən təzyiq edildiyini deyən polis kapitanı, şirkətin onu məhkəməyə verəcəyin qeyd edib. Verdiyi cavab gülməli görsənsədə qanun pozuntusuna yol verən şəxsə protokol yazıla biləcəyi halda zərərçəkmişə protokol yazmağa cəhd edilməsi ilk dəfədir ki E.Novruzov tərəfindən həyata keçirilmək ərəfəsindədir. Qanunlarda açıq şəkildə göstərilməsinə baxmayaraq polis kapitan israrla qarşı tərəfə cərimə yazacağın qeyd edir. Və əlavə olaraq bildirir ki, hər iki şəxsə protokol tərtib etdikdən sonra, hər iki sürücü sığortadan dəymiş ziyanın yarı %-ini ala bilər.

Xatırladaq ki, “AtaSığorta” – “AtaHolding” şirkətinə məxsus olmaqla yanaşı bir çox lahiyələrə sahiblik etməkdədir. Şirkətin hansı əməkdaşı polis kapitanına təzyiq etməsi isə hələki E.Novruzov tərəfindən gizli saxlanılmaqdadır. Şirkətin əldə etdiyi nüfuza kimlər hansı maraqlar əsasında ləkə yaxmaq marağında ola bilər.?
Atasığorta şirkətinin ilə əlaqə saxladıq, Asim adılı sığorta əməkdaşı məsələ ilə bağlı polis kapitanı Elşən Novruzovun hansı səbəbdən bu sözləri işlətdiyin bilmədiklərin amma heç bir halda bizim şirkət olaraq hansısa polisə müdaxilə və yaz təziq etməyimiz belə mümkünsüz olduğunu vurğuladı. Asim bəy qeyd etdi ki, sığorta şirkəti yalnız DYP səlahiyyətlisinə sorğu verir və o sorğu əsasında isə vətəndaşa dəymiş maddi ziyanın ödənilməsinə rəy veririk. Asim bəy təkrarən qeyd etdiki polis kapitanının vətəndaşa verdiyi cavab qəbul edilməzdir və ATASIĞORTA şirkəti tərəfindən bu cür halların baş verməsi heç cürə mümkün deyildir.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləməyi unutmayın!
Redaksiyadan: yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
Bakunews.az