Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Yevlaxda şagirdləri sınaq imtahanına aparan mikroavtobusun qəzaya uğraması ilə əlaqədar rayona səfər edib.
Xatırladaq ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Bakunews.Az bildirir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.