Ötən gün bir binada stula bağlanaraq yandırılmış halda 18 yaşlı Doğukan Köksalın meyidi tapılıb.
GoldNews.Az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Binada cəsəd görən sakinlər polisə xəbər veriblər. Polis 18 yaşlı orta məktəb şagirdinin yanmış bədəni ilə qarşılaşıb. Yeniyetmənin stula bağlanaraq qəsdən yandırıldığı ortaya çıxıb. Hadisə ilə bağlı Doğukanın adı öyrənilməyən atası nəzarət altına götürülüb. İstintaq davam edir.