Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Katmandu beynəlxalq aeroportunun rəhbəri bəyanat verib.
Katmandu beynəlxalq hava limanı yaxınlığında “US Bangla” şirkətinə aid 78 oturacaqlı “Bombardier Dash 8 Q400” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.
14:54
Katmandu beynəlxalq hava limanında təyyarə qəzası zamanı 50 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.
Qeyd olunur ki, təyyarənin göyərtəsində 67 sərnişin və dörd ekipaj üzvü olub.
14:19
Katmandu beynəlxalq hava limanında qəzaya uğrayan US-Bangla aviaşirkətinin sərnişin təyyarəsinin göyərtəsində 67 nəfər olub.
Oxu.Az-ın “Kathmandu Post”a istinadən məlumatına görə, onlardan 17-si xəstəxanaya yerləşdirilib.
Daha 50 nəfərin taleyi barədə məlumat yoxdur.
13:51
US-Bangla aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalda Tribhuvana adına Katmandu beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.
S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb və alovlanıb.
Bildirilir ki, “Bombardier Dash 8 Q400” tipli təyyarələr 67-dək sərnişin tutumuna malikdir.